Qusarda yaşayış məntəqələrinin qazla təmin edilməsi Milli Məclisdə səsləndirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.

Bu gün keçirilən plenar iclasda deputat Azər Badamov bildirib ki, əhalinin 52%-i qazla təmin edilib. Son 4 ildə isə rayon ərazisində qazlaşma işləri aparılmayıb.

“Magistral qaz kəməri və rayon mərkəzinin yaxınlığında yaxınlığında yerləşən kəndlər qazlaşdırılsa da, ortada qalan kəndlər qazsızdır:

Bir tərəfdən ağaclar əkib təbiəti yaşıllaşdırırıq, bir tərəfdən isə şəxsi istehlak üçün onları kəsirik. Başqa bir problem isə odu ki, illər öncə qazlaşdırılan 12 kənddə məktəblər hələ də odunla qızdırılır”.