“Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə gənclərin seçim prosesi keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən məlumat verir.

Seçim federasiyanın dəvət etdiyi beynəlxalq məşqçilər Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib. Nəticəyə əsasən, iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. İdmançılar ölkəmizi gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün xizək alpinizmi üzrə məşqçi Kampays tərəfindən “Şahdağ” Turizm Mərkəzində hazırlaşdırılacaqlar.

Seçimlər Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə baş tutub.