Qusarda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda ShimalNews 17 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir Qusar rayon Mərkəzi Kitabxanasında təşkil edilib. İştirakçılar dəyirmi masa ətrafında qeyd ediblər ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər və xalqlar, bütün dinlərin nümayəndələri bir yerdə böyük ailə kimi yaşayırlar.