Qubada saat 13:00 radələrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.

Hadisə Heydər Əliyev prospektində, “5 mərtəbə”nin qarşısında baş verib. “VAZ-2107”, “VAZ-2115” və “Opel” markalı avtomobillər toqquşub.

Qəzada xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.