Quba-Xaçmaz yolunda quraşdırılan nişan sürücülər üçün çaşqınlıq yaradır. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.

Bu hal Zərdabi qəsəbəsi ərazisində müşahidə olunur. Sərt döngədə istiqaməti göstərən 3 nişandan biri əks istiqamətə yönəlib.

Sürücülər bildirirlər ki, qaranlıq və dumanlı havada bu, təhlükə yarada bilər. Quba-Xaçmaz yolunda qəzalar ümumiyyətlə çox olur.