Bu gün Qubada təhsil işçilərinin işə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Bu haqda ShimalNews 17 noyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

İmtahanda Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəbdənkənar, sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə qəbul olmaq istəyən namizədlər iştirak ediblər.

Sənədlərini təqdim etmiş 149 iştirakçıdan 145 nəfəri imtahana qatılıb.