Qubalı iş adamlarına məxsus Moskvanın ən böyük bazarlarından birində yanğın başlayıb. Bu haqda ShimalNews 17 noyabr tarixində Oxu.az-a istinadən məlumat verir.

Qod Nisanov və Zarah İliyevin “Sadovod” bazarında hazırda təxliyə işləri aparılır. Əraziyə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib.

“Sadovod” 40 hektardan çox ərazini əhatə edir. O, “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.