II Nügədi kənd 3 nömrəli tam orta məktəbində 6, 7, 8, 9, 11-ci sinif şagirdləri arasında “Bilik yarışması” keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.

Komandalara bölünmüş şagirdlər tarix fənni üzrə güclərini sınayıblar. Onlar fəal iştirak edərək qələbə qazanmaq üçün böyük səy göstəriblər. Nəticədə “Qələbə” komandası qalib olub.

Yarışmanın keçirilməsində məqsəd şagirdlərin tarixə aid biliklərini müəyyənləşdirmək olub.