Qubada ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Agentlik tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 49 ticarət və 9 ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Qubada monitorinq nəticəsində 3 obyektdə nöqsanlar müəyyən olunub.

Məsuliyyətə cəlb edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1“Məhəmməd” marketQuba şəhəri, Fətəlixan küçəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2Hüseynov Elvin Rauf oğluna məxsus mağazaQuba şəhəri, Fətəlixan küçəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3“Ramal” marketQuba rayonu, Ağbil kəndi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu