İsmayıllının ucqar kəndində yaşayan uşaqlar ziyarət ediliblər. Bu barədə ShimalNews 17 noyabr tarixində Bir Təbəssüm Gənclər Birliyinə istinadən məlumat verir.

Görüş zamanı Zeyvə kənd ümumi orta məktəbinin şagirdlərini birliyin əməkdaşları sevindiriblər. Onlar kiçik yarışlar keçirib, uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Tədbir birliyin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilib.