İsmayıllıda yeniyetmələr Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu haqda ShimalNews 17 noyabr tarixində mərkəzə istinadən məlumat verir.

İsmayıllı Uşaq və Gənclər Mərkəzinin Qarabağ Tarixi Dərnəyinin şagirdləri mərkəzi ziyarət ediblər. Qonaqlar ekspozisiya zalında yerləşən eksponatlarla tanış olublar. Həmçinin onlara Heydər Əliyevin həyat yolu haqqında geniş məlumat verilib.