Qusar sakininin üzərində narkotik aşkar edilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin istifadəsi, əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakini Ramin Ramazanov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.