17 Noyabr 1992-ci ildən Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.

Buna səbəb isə 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının sovet hakimiyyətinin qarşısına çıxması idi. Azərbaycanlılar Bakı şəhərinin Azadlıq meydanında toplaşıb, öz etirazlarını bildirirdilər. Dekabrda isə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.

1991-ci ilin dekabrında Sovet İttifaqı dağılır, Azərbaycan isə müstəqilliyə qovuşur. Bundan sonra həmin hadisələr milli azadlıq hərəkatı kimi tarixə düşür.