Xaçmaz sakinləri icra başçısı ilə görüşüblər. Bu haqda ShimalNews 16 noyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Qəbulda Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul əməkdaşları iştirak ediblər. İcra başçısı Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinlərinin müraciət və təkliflərini dinləyib.

Səsləndirilən məsələlər arasında yeni yaşayış massivlərinin qazlaşdırılması, məktəbin istiliklə təchizatı, ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi ilə bağlı məsələlər olub. Elnur Rzayev problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.