Xaçmazda keçirilən şeir müsabiqəsinin qalibləri təltif olunublar. Bu barədə ShimalNews 16 noyabr tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“Sənə zəfər yaraşır, Azərbaycan!” adlı şeir müsabiqəsində rayon ümumtəhsil məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak ediblər. 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş yarışın qaliblərini təqdim edirik:

Mələk Şeydayeva – Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbi – 1-ci yer;

Könül Nurkişiyeva – Köhnə Xaçmaz tam orta məktəbi – 2-ci yer;

Dilbər Ağayeva – Mürşüdoba kənd tam orta məktəbi – 3-cü yer.

Müsabiqədə fərqləndiyinə görə:

  1. Hüseyn Xammədov – Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbi;
  2. Elnaz Babayeva – Çiləgir kənd tam orta məktəbi;
  3. Gülay Qəhrəmanova – Xaçmaz şəhər 8 nömrəli lisey-məktəbi;
  4. Günay Qəhrəmanova – Xaçmaz şəhər 8 nömrəli lisey-məktəbi;
  5. Əsli Hacıqayıbova – Pirquluoba kənd tam orta məktəbi;
  6. Məlahət Abdulrəhimova – Mollabürhan kənd tam orta məktəbi;
  7. Ayan Qəribova – Aşağı Zeyid kənd tam orta məktəbi.

Müsabiqə Xaçmaz rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional İdarəsi Xaçmaz Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilib.