Xaçmaz Xalq Teatrının səhnəsində “Şahidə çevrilən şəhid” tamaşası nümayiş olunacaq. Bu haqda ShimalNews 16 noyabr tarixində teatra istinadən məlumat verir.

İki hissəli dramatik novellanın rejissoru İlham Tağızadədir. Tamaşanın quruluşçu ressamı Şıxəli Təhməzov, musiqi tərtibatçısı isə Orxan Məmmədovdur.

Tamaşa 25 noyabr saat 15:00-da Heydər Əliyev adına Mədəniyyət Mərkəzində səhnələşdiriləcək.

Ətraflı məlumat üçün (055) 791-65-43.