Xaçmazda icra başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Bu barədə ShimalNews 16 noyabr tarixində İH-yə istinadən məlumat verir.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Onlar işlə təmin olunma, fərdi yaşayış evinin qazla təchizatı, su sayğacının quraşdırılması, məhəllədaxili yolun asfaltlanması və digər sosial müdafiə məsələlərini səsləndiriblər.

Müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.