Xaçmazda hər zaman bu vaxtlar xurma alan tacirlər qapı-qapı gəzərdi. Hazırda isə meyvə ağacda qalıb. Bu barədə ShimalNews 16 noyabr tarixində məlumat verir.

Xurma satan bəzi sakinlər qiymətin aşağı olduğunu deyirlər: “Biz xurmanı ağacdan dərmirik ki, tez yetişməsin”.

Hazırda tacirlər “1 taxta” yeşik şişburun xurmanı 2-2.50, karalyoku isə 1 manata alırlar. Onlar həmçinin bildirirlər ki, Rusiyada xurma bu il yaxşı satılmır.

Ötən il “1 taxta” yeşik 3-3.5, “2 taxta” yeşik 6.5-7 manata satılırdı.

Fermerlərin sözlərinə görə, yığılan məhsul xaricə, əsasən Rusiya Federasiyasına ixrac edilirdi. Bəzi sahibkarlar xurmanı soyuducu anbarlara yığırlar. Qiymətin yüksəldiyi vaxt isə satışa başlayacaqlar.