Şimal bölgəsində məktəblilərin dərslik təminatında çətinliklər var. Bu barədə ShimalNews 16 noyabr tarixində məlumat verir.

Oxucularımız bildirirlər ki, onların övladları kitablarla təmin edilmirlər. Buna səbəb kimi ləvazimatın çatışmazlığı bildirilir. Halbuki satışda həmin dərsliklər var.

Bu sıxıntı, əsasən, 5-ci və 7-ci siniflərdə yaşanır, “Təbiət” fənni üzrə dərsliklərin olmaması tədrisə maneə yaradır.
Bundan öncə digər dərsliklərlə bağlı yaranan çətinliklər haqqında məlumat vermişdik. Bir müddət sonra isə məsələ həllini tapmışdır.