Qubadan olan məktəblilin ailəsi “Qonağımız müəllimdir’’ layihəsinin qonağı olub. Bu haqda ShimalNews 16 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Çartəpə kənd tam orta məktəbinin şagirdi Gündüz Həmdullayev ilə görüşə sinif rəhbəri X.Yusifova, məktəbin psixoloqu N.Vəliyeva və fənn müəllimi A.Əlifova gəliblər. Məktəblinin ailəsinin sosial-psixoloji vəziyyəti anket sorğusu əsasında öyrənilib. X. Yusifova şagirdin valideyni ilə təlim-tərbiyəsi haqqında müzakirələr aparılıb.

“Qonağımız müəllimdir’’ layihəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilir.