Qubanın Barlı kəndinin sakinləri bələdiyyə tərəfindən keçiriləcək iclasa dəvət olunublar. Bu barədə ShimalNews 16 noyabr tarixində adıçəkilən kəndin bələdiyyəsinə istinadən məlumat verir.

Görüş bu gün saat 11:00-da kənd Mədəniyyət evində baş tutacaq. Burada cari ilin hesabatı, əhalinin sosial-məişət və kənd təsərrüfatı sahəsindəki çətinlikləri müzakirə olunacaq.
Eləcə də Barlıda aparılacaq abadlıq işləri barədə təkliflər dinləniləcək.