Baş Prokurorluq Quba rayonunda işgüzar konfrans keçirir. Bu barədə ShimalNews 16 noyabr tarixində Report-a istinadən məlumat verir.

Tədbirin mövzusu “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi”dir. Görüş dövlət qurumları ilə qeyri-hökumət təşkilatları, bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilib.

Burada məhkəmə, hüquq-mühafizə orqanları, o cümlədən nazirlik və komitə nümayəndələri iştirak edirlər.