Quba rayonu, Bərqova kəndinə gedən yol dağılmağa davam edir. Bu barədə ShimalNews 16 noyabr tarixində məlumat verir.

“Quba-Bakı yolunda yerləşən bu yol Paşaoba və Bərqova kəndlərini birləşdirir. Yol tamamilə yararsız vəziyyətdədir. 2 kəndin sakinləri hər gün bu haldan əziyyət çəkirlər. Aidiyyəti qurumlara müraciət etsək də, bir cavab gəlməyib”, – deyə sakinlər bildiriblər.

Adıçəkilən ərazidə yolda asfalt örtüyü illər öncə vurulub, və bundan sonra əsaslı təmir edilməyib. Burada xeyli çala-çuxur yaranıb. Bu isə öz növbəsində avtomobillərin sıradan çıxmasına səbəb olur.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News