İsmayıllıda yeniyetmələr arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 16 noyabr tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində keçirilən yarışda 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılar İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Tədbirin keçirilməsində əsas məqsəd rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, şahmat idman növünün geniş şəkildə təbliğ olunması, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunmasıdır.