Polis əməkdaşları İsmayıllı rayonunun Quşencə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçiriblər. Bu barədə ShimalNews 16 noyabr tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.

Görüşdə yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

RPŞ-nin rəisi, polis polkovniki Şəmşir Kazımov narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulayıb. Məktəblilər diqqətli olmağa və zərərli təsirlərdən uzaq olmağa sövq olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.