İsmayıllı Rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və digər sakinlərin müraciətləri dinlənilib. Bu barədə ShimalNews 16 noyabr tarixində İH-yə istinadən məlumat verir.

Görüşdə icra başçısı, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.