İsmayıllı sakinləri əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşə biləcəklər. Bu haqda ShimalNews 16 noyabr tarixində nazirliyə istinadən məlumat verir.

25 noyabr tarixində Qəbələ rayonunda Sahil Babayevlə baş tutacaq görüşə İsmayıllı və Qəbələ sakinləri qatıla biləcəklər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar 16-22 noyabr tarixlərində nazirliyə rəsmi şəkildə müraciət etməlidirlər. Bunun üçün [email protected] elektron ünvanı və ya 142 “Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq lazımdır.