“Kapital Bank” gəncləri İsmayıllı rayon filialının Xidmət bölməsində peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu barədə ShimalNews 16 noyabr tarixində GİKM-in İsmayıllı nümayəndəliyinə istinadən məlumat verir.

Müraciət edənlərə “Kassa üzrə Kiçik Mütəxəssis” vəzifəsi təklif ediləcək.

Öhdəliklər:

  • Fiziki və hüquqi şəхslərdən nağd pul vəsaitlərinin qəbulunu həyata keçirmək və onlara kassa хidməti göstərmək;
  • Nağd pulların çeşidlənib qablaşdırılmasını həyata keçirmək;
  • Gündəlik müəyyən edilmiş valyuta məzənnəsinə uyğun оlaraq nağd хarici valyutanın alqı-satqısını həyata keçirmək və s.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq bacarığı;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.

Elan edilən vakansiya barədə müraciət etmək, vəzifə haqqında öhdəlik və tələblərlə bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz:

https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2144

Müraciət üçün son tarix: 31 dekabr 2022-ci il.