Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə ShimalNews 15 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra partiyanın fəaliyyətini əks etdirən videoçarx izlənilib və nitqlər söylənilib.

Milli Məclisin deputatı Sevil Mikayılova, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Elbay Qasımzadə, şəhid anası Nərgiz Veysova, Vətən müharibəsi qazisi Tariyel Didarov və digərləri çıxış ediblər. Onlar partiyanın Xaçmaz rayonunun sosial, iqtisadi uğurlarında partiya fəallarının rolunu yüksək qiymətləndiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən üzvlərə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.