Xaçmaz rayonunda yerləşən Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanışlıq keçirilib. Bu barədə ShimalNews 15 noyabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Tədbirdə komitənin sədri Bahar Muradova, icra başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova iştirak ediblər.

Görüş çərçivəsində qadınların sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi istiqamətində onlara göstərilən xidmətlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Mərkəzdə biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edilib, eyni zamanda gender əsaslı zorakılıq qurbanlarına psixoloji və hüquqi dəstək xidmətləri göstərilib.