Xaçmazda qardaşlar miras üstündə dava ediblər. Bu haqda ShimalNews 15 noyabr tarixində Report-a istinadən məlumat verir.

Hadisə şəhərin Səid Qurbanov küçəsində baş verib. Məlumata əsasən, 51 yaşlı Nazim Bayramov miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.