Qubada icra başçısı Talabıqışlaq kəndində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 15 noyabr tarixində rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Qəbulda rayon rəhbəri Ziyəddin Əliyev, prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi, Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.

Daha sonra Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə tikilmiş kəndin yeni tibb məntəqəsindəki şəraitlə yaxından tanışlıq keçirilib.