Quba-Xaçmaz yolunda yüksək sürətlə hərəkət edən avtomobil zəncirvari qəza törədib. Bu barədə ShimalNews 15 noyabr tarixində xəbər verir.

Hadisə Zərdabi qəsəbəsi ərazisində saat 18:00 radələrində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarında park edilən eyni markalı maşına çarpıb. Sonra isə yaxınlıqda olan traktor qoşqusuna çarpılıb.

Əraziyə polis və sığorta əməkdaşları cəlb olunublar.

Qubada Mercedes zəncirvari qəza törədib
Photo Shimal.News