Quba Rayon Mərkəzi Xəstəxanasının həkimləri kənd tibb məntəqələrinə səfər ediblər. Bu barədə ShimalNews 15 noyabr tarixində adıçəkilən müəssisəyə istinadən məlumat verir.

Həkim briqadası Zərqava və Rustov kənd məntəqələrində hamilə qadınları və uşaqları müayinə ediblər. Onlardan yerindəcə qan analizləri götürülüb və müalicə təyin olunub.

Bu ilin sonuna kimi bütün kənd məntəqələrində eyni baxışın keçirilməsi nəzərdə tutulub.