“Kapital Bank” gəncləri Quba rayon filialının Xidmət bölməsində peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu barədə ShimalNews 15 noyabr tarixində GİKM-in Quba nümayəndəliyinə istinadən məlumat verir.

Müraciət edənlərə “Müştərilərlə iş üzrə kiçik mütəxəssis” vəzifəsi təklif ediləcək.

Namizədlərə tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Elan edilən vakansiya barədə müraciət etmək, vəzifə haqqında öhdəlik və tələblərlə bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz:

https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1923

Müraciət üçün son tarix: 31 dekabr 2022-ci il.