Quba Peşə Liseyində Dual peşə təhsilinin tətbiqi ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 15 noyabr tarixində Quba Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat verir.

Görüş Heydər Əliyev Mərkəzində Məşvərət Şurasının yaradılması məqsədilə baş tutub. Burada Duala bənzər modelin təqdimatı, həmin modelin hədəf və digər əlaqəli mövzular barədə müzakirələr aparılıb.

Tədbirdə Quba Destinasiya Menecmenti Təşkilatının direktoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba KOB dostu, Quba Peşə Liseyinin direktor müavini, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Dual peşə təhsilinin icraçıları çıxış edərək layihənin önəmindən danışıblar.