Fransa Senatının 6 üzvü tərəfindən ölkəmizə qarşı yaradılan qətmanə layihəsi bu gün Bakı vaxtı ilə saat 17:30-da müzakirəyə çıxarılacaq. Bu barədə ShimalNews 15 noyabr tarixində AZfront-a istinadən məlumat verir.

Həmçinin, Bakı vaxtı ilə saat 13:00-da Fransa Senatının önündə Azərbaycan diasporu nümayəndələrinin etiraz aksiyası keçiriləcək. Daha öncə də biri Senatın, digəri isə Zəfər tağının qarşısında aksiyalar təşkil olunmuşdur.

Bundan əlavə, Bakı vaxtı ilə 20:30-da Senatın qarşısında erməni diasporu nümayəndələrinin nümayişi keçiriləcək. Onlar Azərbaycan əleyhinə qətnamənin qəbuluna görə Senat üzvlərinə təşəkkürlərini bildirmək niyyətindədirlər.

Oktyabr ayının 11-i Fransanın Mesopinions.com saytında yerləşdirilən petisiya 125 mindən çox imza toplayıb. Bu müddət ərzində Azərbaycan xalqı adından ünvanlanan çağırışa Türkiyə, İsrail, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, həmçinin Pakistandan da dəstək göstəriblər.

Petisiyaya dəstək məqsədilə Bakı, Moskva, Astana, Bişkək, Köln və Kişenyov şəhərlərində yerləşən Fransa səfirlikləri və konsulluğu önundə keçirilən aksiyalarda çox sayda vətəndaşlar qatılıb.

Aşağıda müxtəlif dillərdə qeyd olunan imzalanma qaydası ilə tanış olaraq səs verə bilərsiniz:

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Petisiyanın fars dilində imzalanma qaydası

Petisiyanın ingilis dilində imzalanma qaydası

Petisiyanın qazax dilində imzalanma qaydası

Petisiyanın özbək dilində imzalanma qaydası

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq