Quba Rayon Polis Şöbəsinin əməkdaşları Bakı sakinini 6 kq narkotiklə tutublar. Bu barədə ShimalNews 15 noyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə İdris Qənbərov Qubada saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kq-ya yaxın narkotik vasitə olan marixuana və 1 kq-dan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.