Bakı-Quba avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə ShimalNews 15 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Noyabrın 16-sı saat 08:00-dan başlayaraq magistralın 21-ci kilometrində hərəkət qismən məhdudlaşdırılacaq. Burada 150 metr məsafədə 1 hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) yol bağlanacaq.

Məhdudiyyət tikinti işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə  riayət etmələri xahiş olunur.