“Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla İsmayıllı rayonunda görüş keçirəcək. Bu barədə ShimalNews 15 noyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

“Açıq mikrofon” aksiyası KOBİA ilə birgə həyata keçiriləcək. “Səyyar qəbul otağı” noyabr 17-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və narahat edən məsələləri yerində aydınlaşdırmaq mümkün olacaq.