Azərbaycan diasporunun nümayəndələri Fransada Yelisey Sarayının önündə etiraz aksiyası keçirirlər. Bu barədə ShimalNews 15 noyabr tarixində AZfront-a istinadən məlumat verir.

Aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına və qəbul edilməsinə etiraz edirlər.

Fransa Senatının 6 üzvü tərəfindən ölkəmizə qarşı yaradılan qətmanə layihəsi bu gün Bakı vaxtı ilə saat 17:30-da müzakirəyə çıxarılacaq.

Daha sonra, Bakı vaxtı ilə 20:30-da Senatın qarşısında erməni diasporu nümayəndələrinin nümayişi keçiriləcək. Onlar Azərbaycan əleyhinə qətnamənin qəbuluna görə Senat üzvlərinə təşəkkürlərini bildirmək niyyətindədirlər.

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq