Xaçmaz rayonunun icra başçısı Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin təmiri ilə tanış olub. Bu barədə ShimalNews 14 noyabr tarixində Xaçmaz Şəhər İƏD-yə istinadən məlumat verir.

Şəhər ərazisində küçələrin cari təmiri və asfalt örtüyünün döşənməsi işləri davam etdirilir. Elnur Rzayev həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Aprel döyüşləri şəhidi Elvin Mirzəyevin adını daşıyan küçədə asfaltlanma işlərinə baxış keçirib. Bundan sonra icra başçısı küçə sakinləri və şəhid Elvin Mirzəyevin ailəsi ilə görüşüb.

Xaçmazda ilk növbədə şəhidlərimizin adını daşıyan küçələrdə və əsaslı təmirə ehtiyacı olan digər küçələrdə asfaltlanma işləri uğurla həyata keçirilir.

Xaçmaz: icra başçısı şəhidin adını daşıyan küçədə təmir işlərinin gedişatı ilə tanış olub
Foto Xaçmaz Şəhər İƏD
Xaçmaz: icra başçısı şəhidin adını daşıyan küçədə təmir işlərinin gedişatı ilə tanış olub
Foto Xaçmaz Şəhər İƏD