Xaçmaz şəhərində küçələrin asfaltlanması işləri davam edir. Bu barədə ShimalNews 14 noyabr tarixində şəhər İƏD-yə istinadən xəbər verir.

Quruculuq işləri 20 Yanvar küçəsində aparılır. Xüsusi texnika vasitəsilə yolun üst qatı qaşınaraq ərazidən kənarlaşdırılır. Eləcə də canlı qüvvə zəruri işləri icra edir.

Daha öncə adıçəkilən ərazinin təmirə ehtiyacı olması haqqında məlumat vermişdik.