Xaçmazın Qaraçı kənd sakini Qusarda ağac kəsərkən ölüb. Meyit tibbi ekspertizaya göndərilib. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.

Məlumata görə, vəfat edən Rafael adlı kişidir. O və onunla birgə bir neçə şəxs çinar kəsirdilər. Bu zaman ağac aşıb və faciə baş verib.

Hazırda hadisənin iştirakçıları Qusar polis şöbəsində dindirilirlər.