Qusarda “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması keçirilib. Bu haqda ShimalNews 14 noyabr tarixində Qusar Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində təşkil edilən bilik yarışı Qusar şəhər 2 saylı tam orta məktəbində baş tutub. 44 günlük Vətən müharibəsi mövzusunda olan intellektual yarışmaya yuxarı sinif şagirdləri və müəllimlər qatılıblar. Mübarizədə 6 komanda iştirak edib. Ümumi nəticələrə əsasən, 6 saylı məktəbin “Qələbə” komandası 1-ci yerə, 1 saylı məktəbin “Rəşadət” komandası 2-ci yerə, 4 saylı məktəbin “Uğur” komandası 3-cü yerə layiq görülüb. “Qələbə” komandası kubok, diplom, medallarla, 2-ci və 3-cü yerin sahibləri isə diplom və medallarla təltif olunublar.

Bundan əlavə, bütün iştirakçılara 185 nəfər Vətən müharibəsi şəhidi haqda olan “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar təqdim edilib.