Qusarda gənclər üçün həftəlik fəaliyyət planı təqdim olunub. Bu barədə ShimalNews 14 noyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən məlumat verir.

GİKM-in rayon nümayəndəliyində 14-20 noyabr tarixlərində görüləcək işlərin cədvəli aşağıda təqdim olunur:

  • 14 noyabr saat 13:00-da – “Musiqi klubu” gitara dərsləri;
  • 15 noyabr saat 10:30-da və 14:00-da – “CV center” layihəsi, 1-ci mərhələ;
  • 17 noyabr saat 14:00-da – “Həmrəy könüllü” layihəsi;
  • 17 noyabr saat 15:00-da – “Dil klubu” İngilis dili dəsrləri;
  • 18 noyabr saat 15:00-da – İntellektual yarış;
  • 18 noyabr saat 10:30-da və 14:00-da – “CV center” layihəsi 2-ci mərhələ.