Quba rayonunun Digah kəndində qazıntı zamanı yaşı çox olan divar aşkar edilib. Bu barədə ShimalNews 14 noyabr tarixində Report-a istinadən məlumat verir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, tapıntı dəfn məqsədilə qazıntı aparılan zaman baş verib. Eni 80 santimetr olan divar çaydaşlarından və bişmiş kərpicdən ibarətdir.

Bildirilib ki, bundan əlavə, ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb. Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Qubada yerin altında qədimi tikinti tapılıb
Foto Report