Qubanın Mirzəməmmədkənd kəndində rabitə dirəyi uzun müddətdir ki, qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.

Sakinlər bildirirlər ki, bu dirək çox sayda insanın rabitə və internet xətlərini saxlamalıdır. Reallıqda isə əksinə, naqillər dirəyi saxlayır. Müvafiq qurumlara dəfələrlə müraciətlər olunub. Lakin təmir üçün heç bir addım atılmayıb.

Daha öncə Mirzəməmmədkənd və Dağlı kəndlərində optik internetin çəkiləcəyi haqqında məlumat vermişdik.