Qubada “Kontakt Home”-un yanında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.

H.Əliyev prospektində eyni istiqamətdə hərəkət edən 2 “VAZ-2107” toqquşub. Avtomobillərə zərər dəyib. Eləcə də zərbənin gücündən həmin yerdə işıq dirəyi aşıb.

Əraziyə polis və sığorta əməkdaşları cəlb olunublar. Xəsarət alan yoxdur.

Photo Shimal.News
Photo Shimal.News