Qubanın Ağbil kəndində Vətən müharibəsi şəhidi Batdal Bayraxtarovun xatirə bulağının önündə tədbir baş tutub. Bu barədə ShimalNews 14 noyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.
Axısqa türklərinin öz torpaqlarından deportasiya olunmasının 78-ci ildönümü ilə bağlı tədbir təşkil olunub. Mərasimdə Ziyəddin Əliyev və onun müavinləri, YAP rayon təşkilatının sədri, RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra Quba rayonunun Şəhidlər xiyabanı ziyarət edilib, ardınca Azərbaycan-Türkiyə Qardaşlıq Parkında tədbir keçirilib. Burada çıxış edən, Axısqa Türkləri Vətən İB-nin idarə heyətinin üzvü İsmayıl Rəhimov Axısqa türklərinin keçdiyi məşəqqətli həyat yolundan danışıb, ölkəmizdə bütün xalqlara, o cümlədən Axısqa türklərinə göstərilən dövlət qayğısını qeyd edib.